Argentina-Xorvatiya: Start heyətlər açıqlanıb 

22:49 13.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qətərdə keçirilən dünya çempionatının ilk yarımfinal oyununda üz-üzə gələcək Argentina və Xorvatiya yığmalarının start heyətləri açıqlanıb.

Hafta.az xəbər verir ki, Argentina millisinin start heyətində Emiliano Martines, Nauel Molina, Kristian Romero, Nikolas Otamendi, Entso Fernandes, Leandro Paredes, Nikolas Talyafiko, Aleksis Makkallister, Rodriqo De Paul, Lionel Messi və Xulian Alvares yer alıblar.

Xorvatiya yığmasının heyətində isə meydana Dominik Livakoviç, Yosip Yuranoviç, Deyan Lovren, Yoşko Qvardiol, Borna Sosa, Marselo Brozoviç, Mateo Kovaçiç, Luka Modriç, Mario Paşaliç, İvan Perisiç və Andre Kramariç çıxacaqlar.

“Lusail” stadionunda oynanılacaq matçı italiyalı FIFA referisi Daniele Orsato idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.